Abşeronda evdən oğurluq edən şəxs saxlanıldı


14:55     29 İyul 2020 hebs.jpg

Abşeronda evdə oğurluq hadisəsi baş verib.

Bu barədə Femida.az-a Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən məlumat verilib.

Belə ki, Abşeron Rayon Polis İdarəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində rayon ərazisindəki evlərin birindən 1 900 manat dəyərində qızıl-zinət və məişət əşyaları oğurlamaqda şübhəli bilinən Saray qəsəbə sakini, əvvəllər məhkum olunmuş Ə.Abdullayev saxlanılıb.

Açar sözlər:

Oxunub: 327