Rusiyanın "Kommersant" nəşri Azərbaycana qarşı təxribata yol verib
16:38 29 İyul 2020
Rusiyanın “Kommersant” nəşri Azərbaycana qarşı təxribata yol verib.
Femida.az -ın verdiyi məlumata görə, “Kommersant” qəzetinin 29 iyul tarixindəki nömrəsində və saytında dərc olunan "Turetskopodannıe" adlı məqalədəki illüstrasiyada xəritə dərc olunub.
Azərbaycan və Türkiyə Silahlı Qüvvələrinin birgə hərbi təlimlərindən bəhs edən məqalədə yayımlanan xəritədə Azərbaycanın Ermənistanın işğalı altındakı əraziləri ayrıca, “Tanınmamış Dağlıq Qarabağ Respublikası” adı altında göstərilib. Dağlıq Qarabağdan başqa işğal altındakı yeddi rayon da qondarma rejimin ərazisi kimi qeyd olunub.
Müəlliflərindən biri erməni Ayk Xalatyanın olduğu məqalədə Azərbaycan və Türkiyənin birgə hərbi təlimlərindən narahatlıq ifadə olunub.
Oxunub: 587
Oxşar xəbərlər
- Rusiyanın nə qədər raket və mərmi ehtiyatı qalıb?
- Rusiyanın Ukrayna ilə sərhədyanı şəhərində partlayışda 3 nəfər ölüb
- Rusiyanın Baş naziri və Dövlət Dumasının sədri Azərbaycana səfər edəcək
- Rusiyanın 11 hava limanına uçuşlara qadağa iyul ayına qədər uzadılıb
- Rusiyanın keçmiş dövlət katibi Gennadi Burbulis Bakıda vəfat edib
- Rusiyanın Ukraynada itkilərinin sayı 40 min nəfərə çatır
- Rusiyanın xarici işlər naziri Türkiyədə səfərdədir
- Rusiyanın Ukraynadakı itkiləri 26 mini ötüb
- Rusiyanın Moldovaya hücum etmək niyyətində olduğu iddia olunur
- Rusiyanın Ukraynada itirdiyi hərbçilərin sayı 21 minə çatıb