Azərbaycanda tanınmış hakim vəfat etdi
17:35 29 İyul 2020

Tanınmış hakim İbrahim Hüseynov vəfat edib
Femida.az xəbər verir ki, Azərbaycanda uzun illər Ədliyyə sahəsində yüksək vəzifələrdə çalışan Hüseynov İbrahim Nemət oğlu dünyasını dəyişib.
İbrahim Hüseynov 1935-ci ildə Kürdəmir rayonu Türkədi kəndində anadan olub. İbrahim Hüseynov 1952-ci ildə Göyçay Pedaqoji Texnikumuna və 1960-cı ildə Azərbaycan Dövlət Universitetinin hüquq fakultəsinə daxil olub. İbrahim Hüseynov 1970-ci ildən 2000-ci ilədək Zərdab, Füzuli, Şəki, Şirvan və Bakı şəhər Məhkəmələrinin hakimi və sədri vəzifələrində çalışıb, 2000-2002-ci illərdə Ədliyyə Nazirliyinin hakimlərin təkmilləşdirmə institutunda müəllim işləyib. O, Azərbaycan Respublikası məhkəmələri hakimlərinin ixtisas kollegiyasına 2 dəfə üzv seçilib, əməkdar hüquqşünasdır. İbrahim Hüseynov ulu öndər Heydər Əliyevin rəhbərliyi dövründə onun siyasi kursunu dəstəkləmiş və məsləkdaşı olmuşdur. O, uğurlu fəaliyyətinə və hüquq sahəsində biliklərin təbliğinə görə dəfələrlə Ədliyyə Nazirliyi tərəfindən yüksək mükafatlara və medallara layiq görülüb. İbrahim Hüseynovun həyat yoldaşı Solmaz Əhmədova Göyçay şəhərində ziyalı ailəsində anadan olub. İbrahim Hüseynovun nəvələri hazırda onun sənətini davam etdirərək respublikanın hüquq-mühafizə orqanlarında çalışırlar. Tanınmış hakim İbrahim Hüseynov 85 yaşında dünyasını dəyişib. O, Bakı şəhərində dəfn edilib. Onun 5 övladı, 8 nəvəsi var.
Femida.az
Oxunub: 3463
Oxşar xəbərlər
- Azərbaycanda problemli kreditlər azalmaqda davam edir
- Azərbaycanda ötən il 410 min su analizi aparılıb
- Azərbaycanda yol qəzaları ən çox bu səbəbdən baş verir
- Azərbaycanda bütün mağazalar açıldı
- Azərbaycanda insan alveri ilə bağlı cinayətlərin sayı açıqlanıb
- Azərbaycanda daha 8 nəfər koronavirusdan öldü
- Azərbaycanda daha 11 nəfər COVID-19-dan vəfat edib
- Azərbaycanda 51 ali təhsil müəssisəsi var
- Azərbaycanda avtobus və taksidən istifadə edənlərin sayı kəskin azalıb
- Azərbaycanda koronavirusa yoluxmuş şagird və təhsil işçilərinin sayı açıqlanıb