İlham Əliyev yeni 85 km-lik yolun layihəsi ilə tanış oldu - Foto
18:02 29 İyul 2020
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iyulun 29-da Bakı-Şamaxı-Muğanlı-İsmayıllı–Qəbələ avtomobil yolunun Muğanlı-İsmayıllı–Qəbələ hissəsinin yenidən qurulması layihəsi ilə tanış olub.
Femida.az xəbər verir ki, Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi İdarə Heyətinin sədri Saleh Məmmədov layihə üzrə görüləcək işlər barədə dövlətimizin başçısına məlumat verdi.
Bildirildi ki, respublikanın mühüm turizm bölgələrinə gedən və ilk dəfə ötən əsrin 70-ci illərində ulu öndər Heydər Əliyevin təşəbbüsü ilə salınmış bu yolun yenidən qurulması Prezident İlham Əliyevin bundan əvvəlki səfəri zamanı verdiyi tapşırığa əsasən layihələndirilib. Ümumi uzunluğu 85,6 kilometr olan bu yol yenidənqurma nəticəsində 9 kilometr qısalacaq. Yol genişləndirilərək 4 hərəkət zolağından ibarət olacaq. Ağsuçay çayı üzərində uzunluğu 634 metr olan yeni körpü tikiləcək.
Prezident ilham Əliyev yolun uzunömürlü və davam olması, sürüşkən ərazilərdə tikinti işlərinə xüsusi diqqət yetirilməsi ilə bağlı tapşırıqlarını verdi.
Femida.az
Oxunub: 694
Oxşar xəbərlər
- Bakıda yolların yenidən qurulmasına 4,23 milyon manat ayrılıb - SƏRƏNCAM
- Həftəsonu yol qəzalarında 6 nəfər ölüb
- Heydər Məmmədov: "Prokurorluqda israfçılığa yol verilməməsi üçün bir çox işlər görülüb"
- Suriyada vəbaya yoluxanların sayı 426-ya çatıb
- Həftəsonu yol qəzalarında 6 nəfər ölüb
- Lerikdə baş verən ağır yol qəzası ilə bağlı cinayət işi başlanılıb
- Lənkəran rayonunda ölümlə nəticələnən yol qəzası baş verib - VİDEO
- Türkiyədə ağır yol qəzasında 8 nəfər ölüb, 10 nəfər ağır yaralanıb
- Həftəsonu yol qəzalarında 6 nəfər ölüb
- İbrahim Tatlısəs yol qəzasına düşüb