“Kim o binada yaşamaq istəməyəcəksə, nəzərə alacağıq” Hacıbala Abutalıbov


18:30     23 May 2015 img1781148.jpg

Hər kəs yüksək təmirli mənzillə təmin olunacaq


Binəqədi rayonu ərazisində güclü yanğın baş vermiş binada təmir işlərinə başlanılıb.Bəzi sakinlər o binada psixoloji travma aldıqları üçün bundan sonra orada yaşamaq istəmədiklərini qeyd ediblər.Məsələyə Bakı Meri Hacıbala Abutalıbov musavat.com-a verdiyi müsahibəsində aydınlıq gətirib:” - Yüz faiz. Mənə hələlik bu haqda məlumat verilməyib. Hətta dünən görüş zamanı bir nəfər kənar adam çox hirsli vəziyyətdə dedi ki, adamlar var burda yaşamaq istəmir. Mən də dedim ki, qardaşım, oğlum, kim istəməyəcəksə, onlarla danışıqlar nəticəsində məsələni müsbət həll edəcəyik. Bu gün (22 may-red.) o 56 evin sakini ilə görüşürəm. Hamısı deyir ki, yüksək səviyyədə təmir olunacaq, mebellə təmin olunacaqsa biz yalnız və yalnız prezidentə minnətdarıq. Əlavə məlumat verilməyib. Bu gün (dünən-red.) saat 2-də onlarla Bakı Şəhər İcra Hakimiyyətində görüşəcəm, bütün problemlər yüksək səviyyədə həll olunacaq.”

Açar sözlər:

Oxunub: 873