Daha bir modul tipli xəstəxana İsmayıllıda açıldı
19:31 29 İyul 2020

İyulun 29-da İsmayıllıda koronaviruslu xəstələrin müalicəsi üçün nəzərdə tutulan modul tipli xəstəxananın açılışı olub.
Femida.az xəbər verir ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev açılışda iştirak edib.
Dövlət başçısı xəstəxanada yaradılan şəraitlə tanış olub.
Bildirilib ki, modul tipli digər xəstəxanalarda olduğu kimi, bu səhiyyə ocağında da orta ağırlıqlı simptomları olan infeksion koronavirus xəstələrinin qəbulu və müalicəsi üçün hər cür şərait yaradılıb. Burada ağır simptomları olan xəstələrin qəbulu üçün əlavə avadanlıqlarla təchiz edilməklə müvafiq təkmilləşdirilmə işləri görülür. Üç korpusdan ibarət, 100 palatası və 200 çarpayı yeri olan bu xəstəxana kompleksi mərkəzləşdirilmiş Oksigen Generator Sistemi, həmçinin havalandırma sistemi ilə təchiz edilib.
Femida.az
Oxunub: 426
Oxşar xəbərlər
- Daha bir qaziyə vəzifə verildi
- Daha 144 yeni yoluxma qeydə alınıb, 2 nəfər vəfat edib
- Daha bir şəhid övladının adına 5000 manatlıq hesab açılacaq (FOTO)
- Daha iki ali məktəb akkreditasiyadan keçdi
- Daha 2 ölkədən quşçuluq məhsullarının idxalı yasaqlandı
- Daha bir şəhidimiz dəfn olundu
- Daha bir nazirlik azad edilmiş ərazilərə səfərlərlə bağlı xəbərdarlıq etdi - VİDEO
- Daha bir marşrut xətti “BakuBus”a verildi
- Daha bir prospektdə nişanlanma xətləri çəkilir
- Daha 132 nəfər koronavirusa yoluxub