Ədliyyə Nazirliyi 5300-dən çox vətəndaşı videoformatda qəbul edib


20:29     29 İyul 2020 20_07_29_1596040420.jpg

Bu dövrdə qanunvericilik sahəsində nazirlik tərəfindən 1.210 normativ hüquqi akt layihəsi hazırlanıb, 1.160-dək akt hüquqi ekspertizadan keçirilib. Əhali üçün daim açıq olan və mütəmadi yenilənən milli qanunvericiliyin elektron bazalarına (www.e-qanun.az və www.huquqiakt¬lar.gov.az) 2 minə yaxın sənəd daxil edilib və həmin elektron resurslara 1,34 milyondan çox baş çəkilib.

Femida.az xəbər verir ki, bu barədə Ədliyyə Nazirliyində keçirilən kollegiya iclasında bildirilib.

Dövlət başçısının vətəndaşların müraciətlərinə qayğı və həssaslıqla yanaşılması ilə bağlı tapşırıqları diqqətdə saxlanılıb, onların müasir İKT tətbiq olunmaqla videoqəbulunun Qaydası müəyyən olunub, 5.300-dən çox vətəndaş nazirlikdə, bölgələrdə və videoformatda qəbul edilərək qaldırılan məsələlərlə bağlı zəruri tədbirlər görülüb.

Femida.az

Açar sözlər: #ədliyyə   #hüquq   #qanun  

Oxunub: 4307