Ədliyyə Nazirliyi dövlət büdcəsinə 20 mln. manata yaxın vəsait köçürüb - 6 ayda
20:34 29 İyul 2020
Birinci yarımildə 1,8 milyona yaxın notariat hərəkəti rəsmiləşdirilib, həmçinin vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı ilə bağlı 133 mindən çox əməliyyat aparılıb. Bu əməliyyatlarla bağlı 3,5 milyon manata yaxın vəsait, daşınmaz əmlakla əlaqədar müqavilələr üzrə isə 16 milyon manatadək vergi dövlət büdcəsinə köçürülüb.
Femida.az xəbər verir ki, bu barədə Ədliyyə Nazirliyində keçirilən kollegiya iclasında bildirilib.
Vətəndaş məmnunluğunun artırılması məqsədilə nazirlik tərəfindən 30-dan çox elektron xidmətin göstərilməsi fasiləsiz təmin edilib, bu xidmətlərdən istifadə sayı cari ildə 860 minə yaxın olub. Eyni zamanda innovasiyaların tətbiqi genişləndirilərək "Mobil notariat"ın funksionallığı artırılıb, o cümlədən bir sıra etibarnamələrin mobil qaydada verilməsi ilə bağlı vətəndaşlara yeni imkanlar yaradılıb.
Qeyd olunub ki, birinci yarımildə 73 qeyri-kommersiya qurumu, o cümlədən çoxpartiyalı sistemin inkişafına dövlət dəstəyinin təzahürü olaraq 4 yeni siyasi partiya dövlət qeydiyyatına alınıb, 30-dək mətbu nəşr uçota götürülüb. Hazırda qeyri-kommersiya təşkilatlarının ümumi sayı 4.624, mətbu nəşrlərin sayı isə 5.343 təşkil edir.
Femida.az
Oxunub: 4749
Oxşar xəbərlər
- Ədliyyə Nazirliyi Rasim Balayevin səlahiyyətlərini təsdiq edib
- Ədliyyə Nazirliyi aliment ala bilməyən vətəndaşlara çağırış edib
- Baş prokurora I dərəcəli dövlət ədliyyə müşaviri ali xüsusi rütbəsi verilib
- Nazir: “Ədliyyə işçiləri “YAŞAT” və Qarabağ Dirçəliş fondlarına 4,5 milyon manatdan çox ianələr edib”
- Naxçıvanın ədliyyə nazirinə ali xüsusi rütbə verilib
- Həbsxanaya poçt vasitəsilə narkotik keçirmək istədi
- Amnistiya Aktının ümumilikdə 17 min nəfərə şamil olunması gözlənilir
- Amnistiya Aktı indiyədək 101 nəfərə şamil olunub
- Fikrət Məmmədov türkiyəli həmkarı ilə görüşüb
- Ali Məhkəmə və Ədliyyə Nazirliyi birgə məlumat yayıb