Məhkəmə qərarları sayəsində şəxslərə 376 milyon manat vəsait ödənilib


20:38     29 İyul 2020 20_07_29_1596041089.jpg


Ədliyyə Nazirliyində ədalət mühakiməsinin səmərəliliyinin artırılmasında mühüm rol oynayan məhkəmə qərarlarının icrası işinin yaxşılaşdırılması üzrə ardıcıl tədbirlərin davam etdirilir.

Femida.az-ın məlumatına görə, iclasda bildirilib ki, ilin ilk altı ayında 307 min icra sənədinin icrasının təmin edildiyi, hüquqi və fiziki şəxslərə 376 milyon manatdan çox vəsait ödətdirilib. Bu sahədə işin səmərəliliyinin artırılması üçün alternativ icra mexanizmlərinin tətbiqi müzakirə olunub.

Diqqətə çatdırılıb ki, indiki pandemiya şəraitində borclu şəxslərə aliment, kredit, cərimə və digər icra ödənişlərinin "ASAN ödəniş" və "Elektron hökumət" portalları, eləcə də müxtəlif mobil tətbiqlər vasitəsilə onlayn qaydada və ya terminallar vasitəsilə həyata keçirilməsi, valideynlik hüququndan istifadənin – uşaqla ünsiyyətin video-əlaqə vasitəsilə təmin edilməsi imkanının yaradılması məhkəmə qərarlarının icrasının səmərəsini artırıb.

Femida.az

Açar sözlər: #ədliyyə   #icra   #məhkəmə   #borc   #qanun   #hüquq  

Oxunub: 5502