Bu il 1.750 şəxsə elektron qolbaq tətbiq edilib


20:46     29 İyul 2020 20_07_29_1596041382.jpg

Cari ildə azadlıqdan məhrumetməyə alternativ cəzaların tətbiqi genişlənib, o cümlədən azadlığın məhdudlaşdırılması və digər cəzalara məhkum olunmuş 1.750 şəxsə elektron qolbaq tətbiq edilib.

Femida.az xəbər verir ki, bu barədə Ədliyyə NAzirliyində keçirilən kollegiya iclasında bildirilib.

Nazirlik tərəfindən ədalət mühakiməsi əleyhinə, o cümlədən məhkəmə qərarlarının icra olunmaması və digər cinayətlərlə bağlı 241 iş üzrə ibtidai istintaq tamamlanıb, bu zaman fiziki və hüquqi şəxslərə vurulmuş 1,13 milyon manat məbləğində ziyan istintaqın gedişində ödətdirilib.

Bundan əlavə, ölkə Prezidentinin tapşırıqlarına uyğun olaraq məhkəmə ekspertizası fəaliyyətinin təkmilləşdirilməsi ilə bağlı tədbirlərin davam etdirildiyi bildirilib, cari ildə Məhkəmə Ekspertizası Mərkəzində 41 ekspert ixtisası üzrə 15.000-dən çox işə baxıldığı, ekspertlər tərəfindən 374.000-dən artıq suala cavab verməklə qaldırılmış məsələlərin 99,7%-nin həll edildiyi bildirilib.

Femida.az

Açar sözlər: #ədliyyə   #elektron   #qolbağ  

Oxunub: 660