983 nəfər vaxtından əvvəl azadlığa buraxılıb


20:50     29 İyul 2020 20_07_29_1596041674.jpg

Dövlət başçısının humanist siyasətinin təzahürü olaraq imzaladığı 06.04.2020-ci il tarixli Sərəncamla virusa yoluxması daha riskli olan yaşı 65-dən yuxarı 176 məhkum əfv edilib. Cəza siyasətinin humanistləşdirilməsi ilə bağlı yenicə qəbul edilərək icrasına başlanılmış qanunvericiliyin tətbiqi ilə artıq 130 məhkum cəzadan azad olunub. Həmçinin nazirlik tərəfindən cəzadan şərti olaraq vaxtından əvvəl azad etmə institutunun davamlı olaraq intensiv tətbiqi və bu məsələdə müasir informasiya texnologiyalarının istifadəsi nəticəsində cari ildə 1.253 nəfər, o cümlədən pandemiya dövründə 983 nəfər vaxtından əvvəl azadlığa buraxılıb.


Eyni zamanda penitensiar xidmətin fəaliyyətinin, məhkumların islah-tərbiyə işinin təkmilləşdirilməsi, ictimai faydalı əməyə cəlb olunmaları ilə bağlı tədbirlərin davam etdirildiyi, Ədliyyə naziri yanında İctimai Komitənin imkanlarından istifadə olunmaqla məhkumlara müxtəlif hüquqi yardım göstərildiyi bildirilərək Kollegiyada məhkumlarla tərbiyə və psixoloji yardım işinin təşkili haqqında yeni Təlimat layihəsinə baxılmaqla qəbul edilib.

Femida.az

Açar sözlər: #əfv   #ədliyyə   #qanun   #hüquq  

Oxunub: 5882