Bələdiyyələrin qanunsuz verdiyi 3500 hektar torpaq geri qaytarılıb


21:05     29 İyul 2020 20_07_29_1596041946.jpg

Bələdiyyələrin fəaliyyətində qanunçuluğun təmin olunması, səmərəli inzibati nəzarətin həyata keçirilməsi və metodoloji yardımın gücləndirilməsi diqqətdə saxlanılıb, 41 minə yaxın bələdiyyə aktına inzibati nəzarət qaydasında baxılıb, 1.000-dən çox akt nazirliyin təklifləri əsasında ləğv edilib və ya dəyişdirilib.

Femida.az-ın məlumatına görə, bu barədə Ədliyyə Nazirliyində keçirilən Kollegiya iclasında bildirilib.

Habelə qanunsuz verilmiş 3.500 hektara yaxın torpaq sahəsi geri qaytarılıb. Pozuntulara yol verən 53 bələdiyyə sədri barəsində inzibati xəta haqqında protokollar məhkəmələrə, cinayət xarakterli 20 fakt üzrə materiallar isə prokurorluğa göndərilib.

Femida.az

Açar sözlər: #Ədliyyə   #bələdiyyə  

Oxunub: 1005