Los-Anceles meri ermənilərin azərbaycanlılara qarşı hücumlarını pisləyib


10:01     30 İyul 2020 20_07_30_1596088936.jpg

Los-Anceles şəhərinin meri Erik Qarsetti Azərbaycanın Los-Ancelesdəki baş konsulu Nəsimi Ağayevə məktub ünvanlayaraq, 21 iyulda Baş Konsulluğun ofisi qarşısında azərbaycanlılara münasibətdə baş verən zorakılığı kəskin şəkildə qınadığını bildirib və hadisənin Los-Anceles Polis İdarəsi tərəfindən araşdırıldığını qeyd edib.


Bu barədə Femida.az-a Azərbaycanın Los-Ancelesdəki Baş Konsuluğundan məlumat verilib.

Sərbəst toplaşmaq və söz azadlığının amerikan dəyərlərinin təməl daşları olduğunu və bu azadlıqların Los-Ancelesdə də uzun illərdir təmin olunduğunu deyən mer zorakılığın Los Ancelesdə yolverilməz olduğunu vurğulayıb.

E.Qarsetti Los-Ancelesdə yaşayan Azərbaycan icmasının təhlükəsizliyinin təmin olunması istiqamətində səylərin davam etdiriləcəyini bildirib.



Femida.az

Açar sözlər: #ABŞ   #erməni   #LosAnceles  

Oxunub: 220