Qonşunun həyətində narkotik becərən şəxs tutuldu


11:33     30 İyul 2020 20_07_30_1596095674.jpg

Daxili işlər orqanlarının əməkdaşları tərəfindən narkotik vasitələrin qanunsuz dövriyyəsinə, alqı-satqısına qarşı mübarizə və kultivasiya yolu ilə yetişdirilən narkotik tərkibli bitkilərin aşkar edilməsi istiqamətində uğurlu əməliyyat-axtarış tədbirləri davam etdirilir.


DİN-in Mətbuat Xidmətinin Gəncə regional qrupundan "Report"a verilən məlumata görə, Goranboy Rayon Polis Şöbəsinə (RPŞ) rayon sakini, 37 yaşlı, əvvəllər məhkum olunmuş Səbuhi Səmədovun qonşusu C.Əhmədova məxsus yaşayış olmayan yarımtikilinin içərisində qanunsuz olaraq narkotik tərkibli çətənə kolları əkib becərməsi barədə məlumat daxil olub.

Keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində həmin yarımtikilidən kultivasiya yolu ilə becərilmiş yaş halda ümumi çəkisi 5 kq olan 10 ədəd çətənə kolu aşkar olunaraq götürülüb.

Götürülən maddi sübutlar bioloji ekspertizaya təqdim olunub, faktla bağlı araşdırmalar davam etdirilir.

Femida.az

Açar sözlər:

Oxunub: 494