Baş Prokurorluğun əməkdaşları BMT-nin videokonfransda iştirak edib
11:55 30 İyul 2020
İyulun 29-da Birləşmiş Millətlər Təşkilatının (BMT) Narkotiklər və Cinayətkarlıq üzrə İdarəsinin Mərkəzi Asiya regionu üçün 2021-2025-ci illəri əhatə edən yeni proqramının müzakirəsinə həsr olunan videokonfrans formatında keçirilən görüşdə qeyd edilən Mərkəzin nümayəndəsi Aşita Mital və Azərbaycan Respublikası Baş Prokurorluğu, o cümlədən Daxili İşlər Nazirliyi, Ədliyyə Nazirliyi, Dövlət Təhlükəsizliyi Xidməti və digər dövlət qurumlarının nümayəndələri iştirak ediblər.
Bu barədə Femida.az-a Baş Prokurorluğun Mətbuat Xidmətindən məlumat verilib.
Qeyd edilən tədbirdə Baş Prokurorluğun Beynəlxalq hüquqi əməkdaşlıq idarəsinin rəis müavini Əmir Ocaqverdiyev və Daxili işlər orqanlarının istintaq, təhqiqat və əməliyyat-axtarış fəaliyyətində qanunların icrasına nəzarət idarəsinin rəis müavini Toğrul Muxtarov iştirak edərək korrupsiya, çirkli pulların yuyulması, qanunsuz narkotik dövriyyəsinin və digər transmilli xarakter daşıyan cinayətlərə qarşı mübarizə sahələrində müəyyən edilən prioritetlər barədə tədbir iştirakçılarını məlumatlandırıb, proqram çərçivəsində əməkdaşlıq perspektivlərinə dair səmərəli fikir mübadiləsi və müzakirələr aparılıb.
Femida.az
Oxunub: 517
Oxşar xəbərlər
- Övladlarını diləndirən valideynlər
- Baş Prokurorluq AMEA-dakı qanun pozuntuları ilə bağlı cinayət işinə başlayıb
- Azərbaycanda MTN generalları həbs edildi - RƏSMİ
- Baş Prokurorluqda Kollegiya iclası keçirilib
- Kamran Əliyev Baş Prokurorluqda iclas keçirir
- Məktəbli qızların intiharı ilə bağlı cinayət işi başlandı
- Məhkəmə katibi rüşvət üstündə həbs olundu - RƏSMİ
- Prezident Baş Prokurorluğun yeni binasının açılışını edib - FOTOLAR
- Ötən il 254 cinayətkar qrup zərərsizləşdirilib
- Baş Prokurorluqda erməni cinayətləri ilə bağlı 62 cinayət işi başlanıb - 21 şəxs barəsində axtarış elan edilib