Qəbələdə modul tipli xəstəxana istifadəyə verilib


13:12     30 İyul 2020 2020/07/965eb40c5c2892b_1596100481.jpg

Koronavirus pandemiyasının qarşısının alınması məqsədilə ölkəmizdə həyata keçirilən qabaqlayıcı tədbirlər çərçivəsində Qəbələdə də modul tipli xəstəxana kompleksi quraşdırılıb.

Femida.az xəbər verir ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iyulun 29-da Qəbələyə səfəri çərçivəsində kompleksdə yaradılan şəraitlə tanış oldu.

Məlumat verildi ki, digər analoji səhiyyə müəssisələri kimi, burada da orta ağırlıqlı simptomları olan infeksion koronavirus xəstələrinin qəbulu və müalicəsi aparılacaq.

Femida.az

Açar sözlər:

Oxunub: 544