DOST mərkəzlərində vətəndaş qəbulu bərpa olunur
13:20 30 İyul 2020
Avqustun 5-dən etibarən DOST mərkəzlərində vətəndaş qəbulu bərpa ediləcək.
Femida.az xəbər verir ki, mərkəzlər həftənin bazar ertəsindən cümə gününədək saat 9:00-dan 18:00-a qədər vətəndaşların xidmətində olacaq.
Vətəndaşlara xidmət prosesi zamanı Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) COVID-19 virusundan qorunmaqla bağlı tövsiyələrinə əməl ediləcək. Əməkdaşların qoruyucu maskalarla təmin edilməsi ilə yanaşı DOST mərkəzlərində vətəndaşların da dezinfeksiyaedici məhlullardan istifadə etməsi üçün şərait yaradılacaq. Mərkəzlərə gələn vətəndaşların da qoruyucu maskalarından istifadə etmələri və sosial məsafə saxlamaları tövsiyə edilir.
Qeyd edək ki, ölkədə tətbiq edilən xüsusi karantin rejimi ilə əlaqədar iyunun 21-dən etibarən DOST mərkəzlərində xüsusi iş rejimi tətbiq edilirdi. Vətəndaşların müraciətləri e-poçt və Çağrı Mərkəzi 142 vasitəsilə qəbul edilirdi.
Femida.az
Oxunub: 425
Oxşar xəbərlər
- DOST İnklüziv İnkişaf və Yaradıcılıq Mərkəzinin açılışı olub - YENİLƏNİB
- Dostunu xilas etmək istədi, özü də boğuldu - Nabrandakı faciənin təfərrüatı
- DOST mərkəzlərində 303 mindən çox şəxsə xidmət göstərilib
- DOST Agentliyindən koronovirusla mübarizəyə 100 000 manatlıq dəstək
- DOST Agentliyinə qarşı dələduzluqda təqsirləndirilən şəxsin məhkəməsi başlayır
- Dostunun evində narkotik maddə qəbul edən kişi ölüb
- DOST 50 mininci vətəndaşa xidmət etdi
- DOST xidmətləri sırasına övladlığagötürmə əlavə edildi
- DOST mərkəzində 15 mininci vətəndaş - FOTO
- DOST layihəsi BMT-nin forumunda maraqla qarşılanıb