Türkiyə Mənsimovun gəmisini saxladı - Rusiya bayrağına görə


16:37     09 Dekabr 2015 116.jpg

Egey dənizində Palmali Şirkətlər Qrupuna məxsus tanker saxlanılıb.


Femida.az “Cumhuriyet” qəzetinə istinadən xəbər verir ki, ötən gün Aliağa limanında lövbər salan Palmali Şirkətlər Qrupuna məxsus olan “Azəri Qarabağ” tankerində PSC yoxlamalar aparılıb.

Nəticədə PSC inspektorları tərəfindən Rusiya bayrağı altında üzən “Azəri Qarabağ” tankerində 12 nöqsan müəyyən edilib. 2005-ci ildə suya buraxılan Armada tipli “Azəri Qarabağ” tankerinin uzunluğu 139 metr, eni 16 metr yükdaşıma qabiliyyəti 6526 ton təşkil edir.



Xatırladaq ki, yoxlamalar Türkiyənin Nəqliyyat Nazirliyinin bütün limanlara göndərdiyi təlimata əsasən aparılıb. “Azəri Qarabağ” tankeri də PSC yoxlanışı üçün (PSC ölkələrin limanlarına gələn xarici bayraqlı gəmilərə beynəlxalq konvansiyonların tələbinə uyğunlun yoxlanış formasıdır) saxlanılıb.

Qeyd edək ki, Rusiya bayrağı altında üzən gəmilərdə aparılan PSC yoxlamaları Türkiyədə gəmiçilik şirkətlərinin fəaliyyətini çətinləşdirib.

Şahverdi Şirinli
Femida.az

Açar sözlər:

Oxunub: 4412