Ermənistan hökumətinin binası qarşısında etiraz aksiyası keçirilib


13:48     30 İyul 2020 ermenistan6.jpg

Ermənistanda kənd təsərrüfatı məhsulları bazarının tacirləri Yerevanda Nazirlər Kabinetinin binası qarşısında etiraz aksiyası keçiriblər.

Femida.az xəbər verir ki, məlumatı “Novosti Armeniya” yayıb.

Bildirilib ki, onlar iyulun 30-da səhər saatlarında Ermənistan İqtisadiyyat Nazirliyinin binası qarşısına toplaşıb və oradan hökumət evinə sarı yollanıblar. Aksiya iştirakçıları yaşayış yerlərinə yaxın ərazidəki bazarın bağlanmasına etiraz ediblər.

Femida.az

Açar sözlər:

Oxunub: 425