Polad Həşimovun adına küçə veriləcək - Prezidentdən tapşırıq


14:34     30 İyul 2020 prezident26.jpg

Prezident İlham Əliyev şəhid general Polad Həşimovun xatirəsinin əbədiləşdirilməsi üçün Qəbələnin küçələrinin birinə adının verilməsi barədə tapşırıq verib.

Femida.az xəbər verir ki, dövlət başçısı Qəbələyə səfəri zamanı Vəndam kəndində doğulmuş general Polad Həşimovun qəhrəmanlığından danışıb və digər müvafiq tədbirlər barədə tapşırıqlarını verib.

Qeyd edək ki, Prezident İlham Əliyev Qəbələ rayonunda Əmirvan-Vəndam avtomobil yolu yenidənqurmadan sonra istifadəyə veriliməsi tədbirində iştirak edib.

Femida.az

Açar sözlər:

Oxunub: 678