22 işəgötürənlə bağlı hüquq-mühafizə orqanlarına müraciət edilib
14:52 30 İyul 2020
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidməti əmək müqavilələrinə əsassız xitam verilməsi hallarına yol verilməməsi üçün “Əmək müqaviləsi bildirişi” altsistemi üzərindən daimi nəzarət həyata keçirir.
Nazirlikdən Femida.az-a verilən məlumata görə, işəgötürənlərlə sosial dialoq qurularaq onlara əmək qanunvericiliyinin tələbləri izah olunur, sosial məsuliyyət prinsiplərinin yüksək tutulması, karantin dövründə məşğulluq məsələlərinə həssaslıqla yanaşılması tövsiyə edilir.
Xüsusi karantin dövründə həyata keçirilən nəzarət zamanı 22 işəgötürən tərəfindən “Əmək müqaviləsi bildirişi” altsisteminə daxil edilən əmək müqavilələri reallığa uyğun olmayan müqavilələr kimi diqqəti cəlb edib. Həmin müqavilələrin xüsusi karantin dövründə ayrı-ayrı şəxslərin evdən çıxaraq sərbəst hərəkət etmələri üçün müvafiq icazəni əldə etmələrinə şərait yaratmaq məqsədilə bağlanılaraq bu barədə bildirişlərin e-sistemə daxil edildiyinə dair əsaslı şübhələr yaranıb.
Qeyd edilən işəgötürənlər barəsində toplanmış müvafiq məlumatlar araşdırılması və tədbirlər görülməsi üçün hüquq-mühafizə orqanlarına təqdim edilib.
Eyni zamanda karantin dövründə əmək müqavilələrinə xitam vermiş 156 işəgötürənə xitam vermə halının əmək qanunvericiliyinə uyğun olub-olmamasının araşdırılması məqsədilə müvafiq sənədləri Xidmətə təqdim etmələri üçün məktublar göndərilib.
Femida.az
Oxunub: 559
Oxşar xəbərlər
- 22 yaşlı polis əməkdaşı ağır qəzada öldü - FOTO
- 2218 nəfər toylara buraxılmadı
- 2237 yeni yoluxma - 29 nəfər öldü
- 22 cinayətin üstü “isti izlər”lə açılıb
- 22 şəhidi, 28 yaralını mühasirədən çıxardı, 10 ermənini snayperlə öldürdü - REPORTAJ
- 2288 cinayət "isti izlər"lə açılıb
- 2284 yeni yoluxma - 4392 nəfər sağaldı
- 2266 tələbə universitetini dəyişəcək - TƏSDİQLƏNDİ
- 22 yaşlı güləşçi güllələnərək qətlə yetirilib
- 22 min nəfər elektron etibarnamə almaq üçün müraciət edib