Baş Prokurorluğun nümayəndələri videoformatda keçirilən tədbirdə iştirak edib
15:31 30 İyul 2020
Azərbaycan Respublikasının Baş prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin nümayəndə heyəti cari ilin 28 iyul tarixində Filippin Respublikasının paytaxtı Manila şəhərində Asiya İnkişaf Bankı (ADB) və İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatının (OECD) Asiya-Sakit okean Anti-Korrupsiya Təşəbbüsü çərçivəsində “COVID-19 çağırışlarının cavablandırması və bərpasında dürüstlüyün qorunması” mövzusunda videoformatda keçirilmiş tədbirdə iştirak edib.
Baş Prokurorluqdan Femida.az-a verilən məlumata görə, müxtəlif dövlətlərin 100-dən artıq təmsilçilərinin qatıldığı tədbirdə Azərbaycan Respublikasının nümayəndə heyəti qismində Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin Preventiv tədbirlər və təhqiqat idarəsinin rəisi Səbuhi Alıyev, o cümlədən Təşkilati və informasiya təminatı idarəsinin prokuroru Elnur Hümbətov iştirak edib.
Tədbirdə COVID-19 ilə mübarizə çərçivəsində şəffaflığın artırılması, korrupsiyaya qarşı mübarizə istiqamətində aparılan islahatlara dəstək, iştirakçı ölkələr arasında əldə olunmuş ən yüksək təcrübələrin öyrənilməsi və beynəlxalq qurumlarla bu sahədə qarşılıqlı əməkdaşlığın möhkəmləndirilməsi sahəsində geniş müzakirələr aparılıb.
Qeyd edilməlidir ki, cari ildən etibarən Azərbaycan Respublikası ADB və OECD-nin Asiya qitəsi və Sakit okean regionu üçün nəzərdə tutulmuş Korrupsiyaya qarşı mübarizə üzrə Fəaliyyət Planına qoşulub.
Femida.az
Oxunub: 462
Oxşar xəbərlər
- Baş Prokurorluqdan Azərbaycan Ordusu ilə bağlı XƏBƏRDARLIQ
- Baş Prokurorluqdan Əvəz Zeynallı açıqlaması: "Araşdırılır"
- Baş Prokurorluq Şəmkirdə əməliyyat keçirib, vəzifəli şəxs saxlanılıb
- Baş Prokurorluq: "161-Qaynar xətt” mərkəzi ödənişsizdir"
- Baş Qərargah Rusiyanın itkilərinin sayını açıqlayıb
- Baş Prokurorluq Konstitusiya Məhkəməsinə sorğu göndərib
- Baş prokuror İranın səfiri ilə görüşüb
- Baş Prokurorluq özünü ölmüş kimi qələmə verən şəxslə bağlı məlumat yayıb
- Baş Qərargah: "Son sutkada Rusiya 70 hərbçi itirib"
- Baş nazir daşınmaz əmlakla bağlı qərarda dəyişiklik edib