Miqrasiya Xidmətinə müraciət etmək istəyənlərin nəzərinə!


15:47     30 İyul 2020 2020/07/5f229-1596108195_1596109733.jpg

Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında Operativ Qərargahın qərar və tövsiyələrini rəhbər tutaraq, eləcə də Qurban bayramı və həftə sonu istirahət günləri ilə əlaqədar 31 iyul – 3 avqust tarixlərinin qeyri-iş günləri olduğunu nəzərə alaraq, Dövlət Miqrasiya Xidmətinin (012) 919 Çağrı Mərkəzi həmin tarixlərdə məhdud sayda əməkdaşla və rejimdə fəaliyyət göstərəcək.

DMX-dan Femida.az-a verilən məlumata görə, təcili olmadığı təqdirdə, suallarınızı Çağrı Mərkəzinə 4 avqust tarixindən etibarən ünvanlamağınızı xahiş edirik.

Bununla yanaşı, sizi maraqlandıran sualları Xidmətin rəsmi internet səhifəsindəki onlayn bələdçi, həmçinin MigAz mobil tətbiqi vasitəsilə də ünvanlaya bilərsiniz. Həmçinin qeyd olunan qeyri-iş günlərində Xidmətə müraciətlər elektron xidmətlər vasitəsilə edilə bilər (keçid üçün link: https://eservice.migration.gov.az/?lang=az).

Femida.az

Açar sözlər:

Oxunub: 211