Poçt şöbələri bayramda işləyəcək


16:02     30 İyul 2020 2020/07/11643-1596108121_1596110670.jpg

Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin tabeliyində olan “Azərpoçt” MMC-nin poçt şöbələrində bayram günləri ilə əlaqədar növbəli iş rejimi təşkil ediləcək.

Nazirlikdən Femida.az-a verilən məlumata görə, 31 iyul-3 avqust tarixlərində Bakı şəhərində yerləşən 1 saylı poçt filialının 1, 7, 10, 33, 66; 2 saylı poçt filialının 9, 102, 111, 117; 3 saylı poçt filialının 2, 34, 40, 104, 118, 119, 123, 132, 133, 142, 149; 4 saylı poçt filialının 39, 42, 45, 77, 89, 90, 156; 5 saylı poçt filialının 63, 3, 21, 80, 81, 83, 170; 6 saylı poçt filialının 72, 8, 29, 52, 53, 54, 114, 115, 130 saylı poçt şöbələri, eləcə də regionlardakı müştəri xidmətləri şöbələri saat 10:00-dan 17:00-dək fəaliyyət göstərəcək.

Bakı, Sumqayıt, Cəlilabad, Zaqatala və Ağdaşda yerləşən “Şəbəkə” xidmət mərkəzləri 09.00-dan 17.00-dək, paytaxtın Üzeyir Hacıbəyli 72 ünvanında yerləşən 1 saylı “Şəbəkə” Xidmət Mərkəzi isə 09.00-dan 18.00-dək vətəndaşların xidmətində olacaq.

Femida.az

Açar sözlər:

Oxunub: 508