Belarusda Rusiyanın “Vaqner” qrupunun 33 döyüşçüsü saxlanılıb


16:25     30 İyul 2020 2020/07/belorus_1596112240.jpg

Belarusda saxlanılan “Vaqner”in rusiyalı döyüşçüləri kütləvi iğtişaşlar hazırlamaqda şübhəli bilinir.

Femida.az xəbər verir ki, bu barədə Belarusun İstintaq Komitəsi məlumat yayıb.

Qeyd edilib ki, onlar barəsində həbs qətimkan tədbiri seçiləcək.

"Nikolay Statkeviç, Sergey Tixanovski (Belarus müxalifətçiləri) və digər şəxslərə qarşı kütləvi iğtişaşlara hazırlıq faktı ilə əlaqədar cinayət işi başlanılıb. Həmçinin dünən xüsusi xidmət orqanlarından alınan əməliyyat məlumatlarının yoxlanılması nəticəsində bu cinayətdə şübhəli bilinən Rusiya Federasiyasının 33 vətəndaşı tutulub. Onlar “Vaqner”in əməkdaşlarıdır".

İstintaq Komitəsinin məlumatına görə, hazırda araşdırmalar davam edir, ölkədə kütləvi iğtişaşların hazırlanması və təşkilində iştirak edən şəxslər müəyyənləşdirilir.

Femida.az

Açar sözlər:

Oxunub: 175