Ödənişli ictimai iş yerlərinin sayı 90 minə çatıb


17:25     30 İyul 2020 Emek_Ehalinin_Mudaf_Nazirliyi_Album_030512.jpg

Prezident İlham Əliyevin tapşırığına əsasən, ödənişli ictimai iş yerlərinin sayı 90 minə çatdırılıb və həmin işlərə cəlb edilənlərin sayı artıq 65 mini ötüb.

Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyindən Femida.az-a verilən məlumata görə, haqqı ödənilən ictimai işlərə cəlb edilən şəxslərin hər biri ilə əmək müqaviləsi bağlanır.

Yeni yaradılan ictimai iş yerləri əsasən dezinfeksiya işlərinin aparılması, tənha yaşlılara və əlilliyi olan şəxslərə sosial xidmətlərin göstərilməsi, eləcə də abadlaşdırma, yaşıllaşdırma, parklara qulluq və s. kimi sahələri əhatə edir.


Femida.az

Açar sözlər:

Oxunub: 494