Rusiya XİN Azərbaycan və Türkiyənin birgə hərbi təlimlərinə münasibət bildirib
18:45 30 İyul 2020
Rusiya Xarici İşlər Nazirliyi Azərbaycan və Türkiyənin birgə hərbi təlimlərinə münasibət bildirib.
Femida.az -ın verdiyi məlumata görə, Rusiya Xarici İşlər Nazirliyinin İnformasiya və Mətbuat Departamentinin direktor müavini Aleksey Zaytsev bildirib ki, əldə olunan məlumata görə, Azərbaycan və Türkiyə arasında hərbi sahədə əməkdaşlıq haqqında razılaşma əsasında 29 iyul-10 avqust tarixlərində Azərbaycan ərazisində birgə, planlaşdırılmış, əməliyyat taktiki hərbi təlimləri keçirilir.
“Biz, xüsusilə bir müddət əvvəl Azərbaycan-Ermənistan sərhədində baş verən münaqişəni nəzərə almaqla, ən diqqətli şəkildə regiondakı vəziyyəti izləyirik, tərəfləri o cümlədən hazırkı hərbi fəaliyyətlərində təkidli şəkildə təmkinli olmağa çağırırıq", - deyə o qeyd edib.
Oxunub: 594
Oxşar xəbərlər
- Rusiya Ukraynanın Zaporojye şəhərini raket atəşinə tutub
- Rusiya səfiri Finlandiya XİN-ə çağırılıb
- Rusiyada hərbi komissarlığa silahlı hücum olub, hərbi komissar ölüb
- Rusiyada qismən səfərbərlik elan olunub
- Rusiya və Ermənistan müdafiə nazirləri arasında telefon danışığı olub
- Rusiya böyük itkilər verdi
- Rusiya Ukraynada sərnişin qatarına zərbə endirib, 22 nəfər ölüb, yaralananlar var
- Rusiyada son 5 ayın rekord yoluxma halı qeydə alınıb
- Rusiya “azov”çu əsirlərin saxlanıldığı həbsxananı vurub, 53 nəfər ölüb
- Rusiya Finlandiyaya xəbərdarlıq edib