Oğuzda qonşusunu güllələyən şəxsin məhkəməsi başlayır


19:07     30 İyul 2020 20_07_30_1596121662.jpg

Oğuzda qonşusunu güllələyərək öldürməkdə təqsirləndirilən Zərqəm Məsimovun cinayət işi üzrə ibtidai istintaq başa çatıb.

Femida.az xəbər verir ki, cinayət işi baxılması üçün Şəki Ağır Cinayətlər Məhkəməsinə göndərilib.

Hakim Bilal Məmmədovun icraatında olan iş üzrə hazırlıq iclası yaxın günlərdə keçiriləcək.

Qeyd dək ki, hadisə bu ilin fevral ayında Oğuzun Kərimli kəndində qeydə alınıb. Kənd sakini Məsimov Zərqəm Məmməd oğlu qonşusu 1965-ci il təvəllüdlü Elşən Füruddin oğlu Abdullayevi o“Tula” markalı ov tüfəngi ilə güllələyib.
Ona Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə ittiham verilib.

Açar sözlər:

Oxunub: 602