BNA: Şənbə-bazar günləri müntəzəm və ekspress xətlər üzrə avtobusların fəaliyyəti dayandırılacaq


19:45     30 İyul 2020 Q1a8aGjhUOz0Y8Myeni-avtobuslar.jpg

Xüsusi karantin rejimi qaydalarına uyğun olaraq 1 avqust gecə 00:00-dan 3 avqust səhər saat 06:00-dək müntəzəm və ekspress xətlər üzrə avtobusların fəaliyyəti dayandırılacaq.

Bu barədə Femida.az-a Bakı Nəqliyyat Agentliyindən (BNA) məlumat verilib.

Bildirilib ki, 31 iyul və 3 avqust tarixlərində isə müntəzəm və ekspress xətlər üzrə avtobuslar adi rejimdə fəaliyyət göstərəcək.

Açar sözlər:

Oxunub: 843