Ağdaşda avtomobil aşıb, sürücü ölüb, sərnişin xəsarət alıb - FOTO


20:23     30 İyul 2020 20_07_30_1596126249.jpg

Ağdaş rayonunda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

APA-nın yerli bürosunun xəbərinə görə, hadisə bu gün saat 18:00 radələrində Bakı-Şamaxı-Yevlax yolunun Ağdaşın Yuxarı Qəsl kəndi ərazisindən keçən hissəsində qeydə alınıb.

Göyçayın Bığır kənd sakini, 1975-ci il təvəllüdlü Qafurov Siyavuş German oğlunun idarə etdiyi "Hyundai" markalı minik avtomobili qarşı tərəfdən gələn Ağdaş sakini, 1959-cu il təvəllüdlü Üzeyir Qafarovun idarə etdiyi "VAZ 2106" markalı minik avtomobilinə çırpılıb, daha sonra yoldan çıxaraq aşıb.

Hadisə zamanı sürücü Siyavuş Qafurov ağır xəsarətlər aldığı üçün dünyasını dəyişib. Sərnişin, Göyçay sakini, 1973-cü il təvəllüdlü Hüseynov Habil Nəsib oğlu müxtəlif dərəcəli bədən xəsarətləri alıb.

Faktla bağlı Baş Dövlət Yol Polisi İdarəsi tərəfindən araşdırma aparılır.

Açar sözlər:

Oxunub: 313