Mehriban Əliyeva Azərbaycan xalqının Qurban bayramını təbrik edib


09:14     31 İyul 2020 20_07_31_1596174071.jpg

Birinci vitse-prezident Mehriban Əliyeva Qurban bayramı münasibətilə Azərbaycan xalqını təbrik edib.


Femida.az xəbər verir ki, Birinci vitse-prezidentin rəsmi "Instagram" səhifəsində yayılan təbrikdə deyilir:

"Əziz həmvətənlərim!

Mübarək Qurban bayramı münasibətilə sizə səmimi təbriklərimi və ən xoş arzularımı yetirirəm! Bu əziz bayram günlərində bütün xeyirxah dua və niyyətlərinizlə həmrəy olduğumu bildirir, hər birinizə möhkəm cansağlığı, tükənməz sevgi, sevincli günlər və xoşbəxt gələcək arzulayıram!"



Femida.az

Açar sözlər: #MehribanƏliyeva   #Azərbaycan   #Qurbanbayramı  

Oxunub: 1082