ABŞ səfirliyi Azərbaycan xalqını təbrik edib


10:59     31 İyul 2020 20_07_31_1596178781.jpg


ABŞ-ın Bakıdakı səfirliyi Qurban bayramı münasibətilə Azərbaycan xalqını təbrik edib.

Femida.az xəbər verir ki, təbrik mətni səfirliyin “Facebook” səhifəsində paylaşılıb.

“Bu gün dünyada müsəlmanlar müqəddəs Qurban bayramını qeyd edirlər. Qurban bayramı iki ən vacib İslam bayramlarından biridir və İslamın ən müqəddəs sayılan məkanı Məkkəyə illik həcc ziyarətinin sonuna həsr olunur.

ABŞ səfirliyi adından bütün Azərbaycan və dünya müsəlmanlarını Qurban bayramı münasibətilə təbrik edir, onlara bu bayramda sevinc və xoşbəxtlik diləmək istəyirik. Bu işıqlı bayram sizə və ailələrinizə sülh, cansağlığı və firəvanlıq gətirsin!”.

Femida.az

Açar sözlər:

Oxunub: 705