Magistral kəmərdə qəza - Bakının bir neçə rayonunda suyun verilişi dayanıb


11:13     31 İyul 2020 20_07_31_1596179655.jpg


Magistral kəmərlərdə baş vermiş qəza ilə əlaqədar Qaradağ, Binəqədi və Xətai rayonlarının bəzi ərazilərində içməli suyun verilişində fasilələr yaranıb.


"Azərsu'" ASC-dən Femida.az-a verilən məlumata görə, hazırda qəza briqadaları hadisə yerində işləyir, təmir işləri yekunlaşan kimi suyun verilişi bərpa olunacaq.

Yaranmış narahatlıqla əlaqədar "Azərsu'" ASC abonentlətdən üzr istəyir.

Femida.az

Açar sözlər:

Oxunub: 669