Azərbaycan və Türkmənistan prezidentləri arasında telefon danışığı olub
11:19 31 İyul 2020
İyulun 31-də Türkmənistan Prezidenti Qurbanqulu Berdiməhəmmədov Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə telefonla zəng edib.
Femida.az xəbər verir ki, bu barədə Prezidentin Mətbuat Xidməti məlumat yayıb.
Məlumatda bildirilib ki, Qurbanqulu Berdiməhəmmədov dövlətimizin başçısını və Azərbaycan xalqını müqəddəs Qurban bayramı münasibətilə təbrik edib və firavanlıq arzulayıb.
Ad - 00:14
ƏTRAFLI
Bazarstore TV
Prezident İlham Əliyev göstərilən diqqətə və təbrikə görə minnətdarlığını bildirib, öz növbəsində Qurbanqulu Berdiməhəmmədova və Türkmənistan xalqına ən xoş bayram arzularını çatdırıb.
Dövlət başçıları Azərbaycan-Türkmənistan dostluq və qardaşlıq münasibətlərinin uğurla inkişaf etdiyini vurğulayaraq ortaq tarixi köklərə malik xalqlarımız arasında əlaqələrin bundan sonra da möhkəmlənəcəyinə əmin olduqlarını bildiriblər.
Telefon söhbəti zamanı bu yaxınlarda Azərbaycan-Türkmənistan-Əfqanıstan prezidentlərinin videoformatda keçirilən sammitinin yekunlarından məmnunluq ifadə edilib, nəqliyyat, logistika, telekommunikasiya sahələrində uğurlu əməkdaşlığın perspektivləri müzakirə olunub, Lapis-Lazuli nəqliyyat dəhlizinin Azərbaycanın nəqliyyat infrastrukturuna birləşdirilməsinin əməkdaşlığın genişləndirilməsi baxımından önəmi qeyd edilib.
Femida.az
Oxunub: 682
Oxşar xəbərlər
- Prezident İlham Əliyevin Türkmənistana səfəri başa çatıb
- Ankarada Türkiyə-Azərbaycan-Türkmənistan arasında üçtərəfli görüş keçiriləcək
- “Taliban” silahlıları ilə Türkmənistan sərhədçiləri arasında atışma olub
- Türkmənistan Prezidenti: "Biz qardaş ölkələrik, qonşularıq"
- Prezident Türkmənistana səfər edib - FOTOLAR
- Türkiyə ilə Türkmənistan ticarət dövriyyəsini 5 milyard dollar çatdırmaq niyyətindədir
- Türkmənistan Türk Dövlətləri Təşkilatına müşahidəçi statusunda üzv qəbul olunub
- İlham Əliyev Türkmənistan Prezidentini təbrik edib
- Azərbaycan, Türkmənistan və Türkiyə prezidentlərinin görüşünə hazırlıq gedir
- Azərbaycan və Türkmənistan XİN başçıları arasında telefon danışığı olub