Heydər Əliyev Fondu aztəminatlı ailələrə qurban payları çatdırıb
12:02 31 İyul 2020
Azərbaycan Respublikasının Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın tapşırığı ilə Qurban bayramı münasibətilə aztəminatlı ailələrə qurban payları və müxtəlif ərzaq sovqatları çatdırılır.
Femida.az-ın məlumatına görə, layihə respublika üzrə 100 mindən çox aztəminatlı ailəni əhatə edir. Ətlik cins heyvanlar xüsusi ət kəsimi yerlərində kəsilərək hər bir ailə üçün ayrı-ayrılıqda qablaşdırılıb.
Heydər Əliyev Fondunun “Regional İnkişaf” İctimai Birliyinin, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin nümayəndələri respublika üzrə aztəminatlı ailələrə baş çəkərək qurban paylarını təqdim edir, mənəvi-ruhi birlik, həmrəylik, humanizm və mərhəmət rəmzi olan Qurban bayramında onlara sağlam həyat, rifah və əmin-amanlıq arzularını çatdırırlar.
Mehriban Əliyevanın rəhbərlik etdiyi Heydər Əliyev Fondu ölkədə sosial-iqtisadi inkişafa yönələn dövlət proqramlarına dəstək verir, aztəminatlı ailələri, xüsusi qayğıya ehtiyacı olan şəxsləri daim diqqətdə saxlayır, müxtəlif bayramları və əlamətdar günləri onlarla birlikdə qeyd edir.
Respublikamızda qeyd olunan müxtəlif bayramlarda aztəminatlı ailələrə Heydər Əliyev Fondunun sovqatları paylanılır, sosial yardıma ehtiyacı olan minlərlə şəxsə bayram əhval-ruhiyyəsi bəxş edilir.
Femida.az
Oxunub: 8949
Oxşar xəbərlər
- "Heydər Əliyevin müqəddəs arzusu reallaşıb" - Mehriban Əliyeva
- Prezident Naxçıvanda Heydər Əliyevin abidəsini ziyarət edib
- Prezident və xanımı Heydər Əliyevin məzarını ziyarət edib
- Ümummilli Liderimiz milli ideologiyamızın yaradıcısıdır
- Prezident İlham Əliyev Heydər Əliyevin məzarını ziyarət edib
- ABŞ-da ümumilli lider Heydər Əliyevin xatirəsi anılıb
- Ümummilli Lider Heydər Əliyevin anım günüdür
- İlham Əliyev və Ərdoğan Heydər Əliyevin məzarını ziyarət ediblər
- İlham Əliyev və Mehriban Əliyeva Heydər Əliyevin məzarını ziyarət etdi
- Heydər Əliyev FOTOLARDA