Bu Agentliyə 21,8 milyon manat ayrıldı
12:10 31 İyul 2020
Prezident İlham Əliyev İsmayıllı rayonunun Muğanlı–İsmayıllı (17 km)–Basqal–Qıçatan–Tağlabiyan-Kəlfərəc–Zeyvə–Kürdüvan–Xankəndi–Mücü–Sərsurə–Kələzeyvə–Sulut avtomobil yolunun tikintisi ilə bağlı tədbirlər haqqında sərəncam imzalayıb.
Femida.az-ın məlumatına görə, sərəncama əsasən, dörd min nəfər əhalinin yaşadığı 11 yaşayış məntəqəsini birləşdirən Muğanlı–İsmayıllı (17 km)–Basqal–Qıçatan–Tağlabiyan-Kəlfərəc–Zeyvə–Kürdüvan–Xankəndi–Mücü–Sərsurə–Kələzeyvə–Sulut avtomobil yolunun tikintisi məqsədilə “Azərbaycan Respublikasının 2020-ci il dövlət büdcəsində dövlət əsaslı vəsait qoyuluşu (investisiya xərcləri) üçün nəzərdə tutulan vəsaitin bölgüsü”ndə avtomobil yollarının tikintisi və yenidən qurulması üçün göstərilmiş vəsaitin 21,8 milyon (iyirmi bir milyon səkkiz yüz min) manatı Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə ayrılıb.
Maliyyə Nazirliyi və Nazirlər Kabinetinə bu Sərəncamdan irəli gələn məsələləri həll etmək tapşırılıb.
Femida.az
Oxunub: 953
Oxşar xəbərlər
- AAYDA: Azərbaycanın bəzi yolları buz bağlayıb
- AAYDA: Göyçayda avtomobil körpüsü uçmayıb
- AAYDA: “Şuşaya II avtomobil yolunun inşası gələn il başa çatdırılacaq”
- AAYDA vətəndaşlara müraciət edib
- Bərdə - Ağdam avtomobil yolunun tikintisi başladı
- Suqovuşan və Talış kəndlərinə gedən yolların asfaltlanmasına başlanılıb
- Prezident AAYDA-ya 12,5 milyon manat ayırdı
- Dövlət Agentliyi: "Heç bir vətəndaşa zor tətbiq edilə bilməz"
- İlham Əliyev yeni 85 km-lik yolun layihəsi ilə tanış oldu - Foto
- 30 min sakinin istifadə etdiyi yol yenidən quruldu