İlham Əliyev Nursultan Nazarbayevə telefonla zəng edib
12:56 31 İyul 2020
İyulun 31-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Qazaxıstan Respublikasının birinci Prezidenti Nursultan Nazarbayevə telefonla zəng edib.
Femida.az xəbər verir ki, bu barədə Azərbaycan Prezidentinin Mətbuat Xidməti məlumat yayıb.
Prezident İlham Əliyev Nursultan Nazarbayevi və qardaş Qazaxıstan xalqını müqəddəs Qurban bayramı münasibətilə təbrik edib, Nursultan Nazarbayevə möhkəm cansağlığı, Qazaxıstan xalqına firavanlıq arzulayıb.
Prezident İlham Əliyev Qazaxıstanın Nursultan Nazarbayevin rəhbərliyi altında böyük uğurlar qazandığını, şərəfli tarixi yol keçdiyini qeyd edib, dostluq və qardaşlıq prinsiplərinə əsaslanan ikitərəfli münasibətlərimizin inkişafında onun böyük rol oynadığını bildirib.
Göstərilən diqqətə və təbrikə görə minnətdarlığını bildirən Nursultan Nazarbayev öz növbəsində dövlətimizin başçısına və xalqımıza ən xoş bayram arzularını çatdırıb. Prezident İlham Əliyev Ermənistan-Azərbaycan sərhədində Ermənistanın təxribatı nəticəsində baş vermiş hadisələrlə bağlı Nursultan Nazarbayevin fəxri sədr olduğu Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının Azərbaycana dəstək ifadə edən bəyanatını yüksək qiymətləndirib, bunu türkdilli dövlətlərin bir-birinə qarşılıqlı dəstəyinin növbəti təzahürü kimi dəyərləndirib. Dövlətimizin başçısı bir daha türk dünyasının ağsaqqalı Nursultan Nazarbayevə möhkəm cansağlığı və fəaliyyətində yeni uğurlar arzulayıb.
Femida.az
Oxunub: 725
Oxşar xəbərlər
- İlham Əliyev və Mehriban Əliyeva Şuşada Yuxarı Gövhərağa məscidini ziyarət edib
- İlham Əliyev və Mehriban Əliyeva Qaraxanbəylidə Anım Gününə həsr olunmuş xatirə lövhəsini ziyarət ediblər
- İlham Əliyev Koreya Prezidentinin xüsusi nümayəndəsini qəbul edib
- İlham Əliyev və Mehriban Əliyeva V İslam Həmrəyliyi Oyunlarında nəticə əldə etmiş idmançılarla görüşüblər
- İlham Əliyev: “Azərbaycanın 9 şəhəri və yüzlərlə kəndi yer üzündən silinib”
- İlham Əliyev Göygöl, Kəlbəcər və Laçına səfər edib
- İlham Əliyev bir qrup dövlət qulluqçusunu təltif edib - SİYAHI
- İlham Əliyev Özbəkistan Prezidentinə təşəkkür edib
- İlham Əliyev Pirallahıda avtomobil yollarının yenidən qurulmasına vəsait ayırıb
- İlham Əliyev iranlı həmkarına başsağlığı verib