Xəzər rayonunda üç maşın toqquşub, 1 nəfər ölüb


13:59     31 İyul 2020 avtomobil%20qezasi%20(11).jpg

İyulun 30-da saat 23.00 radələrində Xəzər rayonunun Binə qəsəbəsi ərazisində qəsəbə sakini Cavid Xanalıyevin idarə etdiyi “VAZ-2106” markalı, Mərdəkan qəsəbə sakini N.Hacıyevin idarə etdiyi “Mercedes” və Qaraçuxur qəsəbə sakini P.Həsənovun idarə etdiyi “Opel” markalı avtomobillər toqquşub.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətindən Femida.az-a bildirilib ki, nəticədə “VAZ-2106”-nın sürücüsü hadisə yerində ölüb.

Xəzər RPİ tərəfindən araşdırma aparılır.

Açar sözlər:

Oxunub: 729