Ermənilərin atdığı mərmi 16 yaşlı uşağı yaraladı


17:43     09 Dekabr 2015 v-volgograde-muzhchina-izbil-molotkom-svoego-brata_196.jpeg

Ermənilərin açdığı atəş nəticəsində rayonun Quşçu Ayrım kənd sakini 16 yaşlı Tural Sadıqov yaralanıb.


Zərərçəkənin yaxınlarının verdikləri məlumata görə, qarşı tərəfin atdığı mərmilərdən biri Sadıqovların həyətinə düşüb. Bu zaman həyətdə olan T.Sadıqov əlindən yaralanıb. Yaralı Qazax Rayon Müalicə Diaqnostika Mərkəzinə çatdırılıb. Əməliyyat olunan T.Sadıqovun vəziyyətini həkimlər kafi qiymətləndirirlər.

Qeyd edək ki, Ermənistan ordusu son günlər fəallaşaraq daha çox iriçaplı silahlardan yaşayış məntəqələrini atəşə tutur.

Açar sözlər:

Oxunub: 732