Azərbaycan 600-dən çox rusiyalını vətəninə yola salıb


17:12     31 İyul 2020 20_07_31_1596199593.jpg

Azərbaycan Rusiya vətəndaşlarının vətənlərinə geri dönməsi istiqamətində növbəti addımı atıb.

Femida.az TASS-a istinadən xəbər verir ki, 600-dən çox Rusiya vətəndaşı cümə axşamı “Samur” (Azərbaycan Respublikası) – “Yaraq-Qazmalar” (Rusiya Federasiyası) buraxılış məntəqələri ərazisindən vətənlərinə dönüb.

Dağıstan Respublikasının milli siyasət və dini işlər üzrə naziri Enrik Muslimov da faktı təsdiq edib. Onun sözlərinə görə, 648 Rusiya vətəndaşı Azərbaycandan vətənə qayıdıb.

Açar sözlər:

Oxunub: 720