Siyəzəndə dağlıq ərazidəki yanğın söndürülüb


18:11     31 İyul 2020 2020/07/5b7dd0be-05e0-3834-afed-bfe843dea88d_1596204885.jpg

Siyəzən rayonunun Sədan kəndi yaxınlığındakı dağlıq və dağətəyi ərazidə baş vermiş yanğın görülmüş operativ tədbirlər sayəsində qısa müddət ərzində söndürülüb.

Fövqəladə Hallar Nazirliyindən Femida.az-a verilən məlumata görə, yanğınla mübarizəyə Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri, Aviasiya dəstəsinin 2 ədəd helikopteri, Şimal Regional Mərkəzinin xilasetmə qüvvələri, həmçinin Siyəzən Rayon İcra Hakimiyyətinin müvafiq qüvvələri cəlb olunub.

Femida.az

Açar sözlər:

Oxunub: 680