Azərbaycanda koronavirusla bağlı son vəziyyət açıqlandı


21:32     31 İyul 2020 2020/03/koronavirus_1585572132.jpg

Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi (TƏBİB) Azərbaycanda koronavirusla bağlı iyulun 31-nə olan statistik göstəriciləri açıqlayıb.

Femida.az xəbər verir ki, məlumatda bu gün ərzində Azərbaycanda koronavirusla bağlı 7 789 test edildiyi bildirilib.

Qeyd olunub ki, ölkə ərazisində indiyə qədər 724 953 test aparılıb. Aktiv xəstə sayı 5 548 nəfərdir, onlardan 266 nəfər reanimasiyadadır, 68 nəfər isə süni tənəffüs aparatına qoşulub.

Femida.az

Açar sözlər:

Oxunub: 919