Qazaxıstanda yoluxma sayı 90 mini keçdi


09:45     01 Avqust 2020 2020/08/3dac700d-dc39-36b0-845f-cdd39878bb57_1596260787.jpg

Qazaxıstanda ötən gün 1 289 koronavirusa yoluxma faktı qeydə alınıb.

Femida.az xəbər verir ki, bu barədə Qazaxıstan idarələrarası komissiyası məlumat yayıb.

Qeyd olunub ki, indiyədək ölkədə ümumilikdə 90 367 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib.

Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev Dövlət Komissiyasına koronavirusun yayılmasına qarşı karantin tədbirlərinin daha iki həftə uzadılması barədə göstəriş verib. Bundan başqa, Qazaxıstanın Səhiyyə naziri Aleksey Tsoy koronavirus infeksiyasına yoluxmanın qarşısını almaq məqsədilə ictimai yerlərdə qoruyucu maskalardan istifadəni məcburi olduğunu elan edib.

Maska taxmayanlar 83 340 tenge (200 ABŞ dolları) cərimə olunacaqlar.

Xatırladaq ki, epidemiya vəziyyətinin pisləşməsi səbəbindən, Qazaxıstan hakimiyyəti iyulun 5-dən avqustun 2-dək bir sıra əlavə karantin məhdudiyyətləri tətbiq etməyə qərar vermişdi.

Femida.az

Açar sözlər:

Oxunub: 936