Şabranda qohumunu bıçaqla öldürən şəxs tutuldu
11:54 01 Avqust 2020
Avqustun 1-də saat 05 radələrində, Şabran rayonu, Günəşli kənd sakini Əmirov Ələkbər Məzahir oğlunun bıçaqlanaraq öldürülməsi barədə məlumat daxil olub.
Şabran rayon Prokurorluğundan Femida.az-a verilən məlumata görə, dərhal prokurorluq əməkdaşları tərəfindən hadisə yerinə baxış keçirilmiş və digər zəruri prosessual hərəkətlər yerinə yetirilib.
Faktla bağlı Şabran rayon prokurorluğunda Cinayət Məcəlləsinin 126.3-cü (qəsdən sağlamlığa ağır zərər vurma ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) maddəsi ilə cinayət işi başlanıb.
ƏTRAFLI
Orbit
İlkin istintaqla hadisənin zərəçəkmiş şəxsin xalası oğlu 1995-ci il təvəllüdlü Taleh Atamoğlanov tərəfindən şəxsi münasibətlər zəminində aralarında yaranmış mübahisə zamanı törədilməsinə əsaslı şübhələr müəyyən edilib.
Taleh Atamoğlanov şübhəli şəxs qismində tutularaq istintaqa cəlb olunub.
Hazırda cinayət işi üzrə istintaq tədbirləri davam etdirilir.
Femida.az
Oxunub: 973
Oxşar xəbərlər
- Şabranda yol qəzasında 3 nəfər ölüb
- Şabranda 25 yaşlı gənc qətlə yetirilib
- Şabranda narkotik əməliyyatı: 2 nəfər həbs edilib
- Şabranda narkotacir saxlanılıb
- Şabranda 16 yaşlı gənc itkin düşüb
- Şabranda oğul anasını döyə-döyə öldürüb
- Şabranda TIR 3 avtomobillə toqquşub, ölən və xəsarət alanlar var
- Şabranda narkotikin təsiri altında avtomobil idarə edən şəxs saxlanılıb
- Şabranda 39 yaşlı qadın dəm qazından zəhərlənib
- Şabranda iki bacı dəm qazından zəhərləniblər