Qanunsuz qurbanlıq heyvan kəsimi: məhkəməlik oldu
12:08 01 Avqust 2020
Ağdaş Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən Qurban bayramı ilə əlaqədar olaraq, müəyyən edilmiş yerlərdən kənarda qurbanlıq heyvanların satışı və kəsiminin, eləcə də insanların sıx toplaşmasının qarşısının alınması məqsədilə rayon ərazisində reyd keçirilib.
DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupundan Femida.az-a verilən məlumata görə, keçirilən reyd zamanı müəyyən edilməyən yerdə qurbanlıq diri heyvanların satışı və kəsimi ilə məşğul olan şəxs müəyyən edilib. Polis əməkdaşları tərəfindən rayon sakini Sadiq Yusifova bir neçə dəfə xəbərdarlıq edilsə də, ancaq o, buna məhəl qoymayıb və qaydaları pozmaqda davam edib. Polisin qanuni tələbinə məhəl qoymayan S.Yusifov saxlanılaraq Polis Şöbəsinə gətirilib.
Onun barəsində toplanmış material baxılması üçün rayon məhkəməsinə göndərilib.
Oxunub: 967
Oxşar xəbərlər
- Qanunsuz yolla əldə edilmiş meşə materialı aşkar olunub
- Qanunsuz erməni silahlıları Azərbaycan Ordusunun mövqelərini atəşə tutub
- Qanunsuz erməni silahlıları Azərbaycan Ordusunun Goranboydakı mövqelərini atəşə tutub
- Qanunsuz balıq ovlayan şəxslər saxlanılıb
- Qanunsuz erməni silahlı dəstə üzvlərinin apardığı mühəndis işlərinin qarşısı alınıb
- Qanunsuz miqrasiyaya görə 7 nəfər təqsirləndirilən şəxs qismində istintaqa cəlb edilib
- Qanunsuz ov edən şəxslər cəzalandırılıb
- Qanunsuz silahlı birləşməyə qoşulan Azərbaycan vətəndaşlarının məhkəməsi başlayıb
- Qanunsuz küçə ticarəti ilə bağlı reydlər keçirilir
- Qanunsuz ov edən şəxslər cəzalandırılıb