Kanadada şəhər mərkəzində Azərbaycan bayrağı ucaldılıb
15:19 01 Avqust 2020
Kanadanın Kalqari şəhərində azərbaycanlı icma üzvlərinin müstəqil Azərbaycan dövlətinə və ordumuza dəstək məqsədilə yürüş-mitinqi təşkil olunub.
Diasporla İş üzrə Dövltə Komitəsindən Femida.az-a verilən məlumata görə, Alberta-Azərbaycan Mədəniyyət Cəmiyyətinin (ALACS) təşkilatçılığı ilə baş tutan aksiya Kalqari şəhər bələdiyyəsinin inzibati binası önündə üçrəngli dövlət bayrağımızin ucaldılması ilə başlayıb.
Bayrağın 24 saat ərzində dalğalanması üçün öncədən meriyadan müvafiq icazə alınıb.
Günün ikinci yarısında isə "Olimpik Plaza" binasının qarşısından Azərbaycanın dövlət bayrağının ucaldığı meydana doğru yürüş edilib. Pandemiya ilə bağlı karantin qaydalarına uyğun olaraq, yürüşə 60 nəfər həmvətənimiz qatılıb. Yürüş-mitinq zamanı Azərbaycan, Türkiyə və Kanadanın dövlət bayraqları dalğalanıb, Ermənistanın hərbi təxribatları zamanı həlak olmuş şəhidlərimizin şəkillərinin, müxtəlif şüarların və məlumatların əks olunduğu plakatlar nümayiş etdirilib. Aksiya zamanı Azərbaycanın dövlət himni ifa edilib, “Qarabağ Azərbaycandır!”, "Erməni təcavüzünə son!”, “Yaşasın Azərbaycan!”, Şəhidlər ölməz, Vətən bölünməz!" şüarları səsləndirilib.
Tədbir Tovuz cəbhəsində qəhrəmanlıqla həlak olan hərbçilərimizin əziz xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsilə başa çatıb. Karantin qaydalarına uyğun olaraq, gün ərzində soydaşlarımız meriyanın qarşısına gəlib, Azərbaycanın dövlət bayrağının fonunda şəkillər çəkdirməklə Vətənimizlə həmrəyliklərini ifadə ediblər.
Femida.az
Oxunub: 1339
Oxşar xəbərlər
- Kanada Rusiyaya qarşı sanksiyaları genişləndirməyi planlaşdırır
- Kanada Ukraynaya zirehli texnika, Latviyaya yeni hərbçilər göndərəcək
- Britaniya, ABŞ, Kanada və Yaponiya Rusiyadan qızıl idxalına qadağa qoyub
- Kanadada meymunçiçəyinə yoluxanların sayı kəskin artıb
- Kanadada onlarla insan meymunçiçəyinə yoluxub
- Kanada parlamenti Rusiyanın Ukraynada hərəkətlərini soyqırım kimi tanıyıb
- Kanada rusiyalı milyarderlərə qarşı sanksiya tətbiq edib
- Kanada Rusiyaya qarşı sanksiyalara qoşulub
- ABŞ və Kanada öz vətəndaşlarını Rusiyanı tərk etməyə çağırıb
- Kanada Rusiyaya qarşı sanksiya tətbiq edir