Mnatsakanyan: "Azərbaycanın yeni XİN rəhbəri ilə görüşü gözlədirəm"


15:58     01 Avqust 2020 20_08_01_1596283760.jpg


Ermənistan xarici işlər naziri Zöhrab Mnatsakanyan Azərbaycanın yeni XİN rəhbəri Ceyhun Bayramovla görüşü gözlədiyini bəyan edib.

Femida.az Azvision.az-a istinadən xəbər verir ki, erməni nazir “Şant" telekanalına müsahibəsində XİN rəhbərlərinin sonuncu görüşünün yanvar ayında keçirildiyini xatırladıb.

“Mənim yeni nazirlə daha əvvəl görüşmək üçün heç bir səbəbim olmayıb. İndi de-eskalasiyanı ən yaxşı şəkildə möhkəmləndirmək və işin növbəti mərhələsinə hazırlaşmaq bizim üçün çox vacibdir", - Mnatsakanyan deyib.

O əlavə edib ki, bütün istiqamətlərdə olduqca davamlı, məzmunlu, dərin iş var idi: "Biz tamamilə hazır olduğumuz növbəti mərhələlərə keçməli idik. Amma pandemiya həqiqətən mane oldu və yeni reallıqlara gətirib çıxardı".

Mnatsakanyan, həmçinin vurğulayıb ki, yeni həmkarı ilə görüşü gözləyir.

Femida.az

Açar sözlər: #Mnatsakanyan   #XİN  

Oxunub: 1223