“Eldar Mahmudov Fuadla birlikdə….” - Hafiz Hacıyevdən ŞOK SÖZLƏR


18:46     09 Dekabr 2015 hafiz%20h.JPG

Hafiz Hacıyev: “Elə bir paradoks yaranıb ki, Əli Kərimli öz ətrafında olan şəxsləri bir-bir “baqaja qoyur””.


“Müasir Müsavat” partiyasının rəhbəri Hafiz Hacıyev AXCP sədrinin müavini Fuad Qəhrəmanlının həbsi ilə əlaqədar Femida.az-a danışıb.

Onun fikrincə, Fuad Qəhrəmanlı Eldar Mahmudovun biznes şəbəkəsinin əsas simalarından biri olub:

“Elə bir paradoks yaranıb ki, Əli Kərimli öz ətrafında olan şəxsləri bir bir “baqaja qoyur”. Fuad Qəhrəmanlı tutulmasının səbəbini çox yaxşı bilir. O, həmişə Eldar Mahmudovun himayəsində olub. Məhz Eldar Mahmudovun himayəçiliyi ilə Fuad Qəhrəmanlı həm Azərbaycanda, həm də ölkədən kənarda özü üçün geniş biznes qurub. Lakin artıq bütün qaranlıq məsələlər bir-bir aydınlığa çıxır. Eldar Mahmudov şəbəkəsinin əsas simaları bir-bir məsuliyyətə cəlb olunur. Düşünürəm ki, AXCP daxilində Fuad Qəhrəmanlı kimiləri çoxluq təşkil edir. Şübhəsiz ki, Eldar Mahmudovun qurduğu şəbəkədə Əli Kərimli fiquru da var. Yaxın zamanlarda hələ çox həbslər görəcəyik. Azərbaycana xəyanət edən qüvvələr bir-bir cəzalarını alacaqlar”.

Ceyhun Əhmədli
Femida.az

Açar sözlər:

Oxunub: 6539