Hulusi Akar: "Azərbaycanın yanında olacağıq"
16:12 01 Avqust 2020
“Azərbaycan türkü bizim qardaşımızdır. Biz həmişə bunu demişik, iki dövlət bir millətik. Yəni azərbaycanlılar bizim can qardaşımızdır. Oradakı Azərbaycan türkü ilə olan bizim münasibətlərimizi yaxşı anlamaq lazımdır. Biz kədərdə, sevincdə birik və bərabərik”.
Femida.az xəbər verir ki, bunu Türkiyənin Milli Müdafiə naziri Hulusi Akar “Al Jazeera” telekanalına müsahibəsində deyib.
“Azərbaycan torpaqlarının 20%-i 30 ildir ki Ermənistanın işğalı altındadır. Biz bu məsələdə azərbaycanlı qardaşlarımızın dünən də, bu gün də mübarizəsində yanlarındayıq. Dünən olduq, bu gün varıq, sabah da olacağıq. Bizim gördüyümüz işlər 12 iyul hücumundan sonra başlamış şeylər deyil. Bu, Türkiyə ilə Azərbaycan arasında var olan münasibətlərin davamıdır. Yəni bizim hər il keçirdiyimiz quru və hava təlimləridir. Türkiyədə, Azərbaycanda etdiklərimiz var, indi də edilənlər bundan ibarətdir”, - nazir vurğulayıb.
Femida.az
Oxunub: 1099
Oxşar xəbərlər
- Hulusi Akar Türkiyənin Rusiyaya qarşı sanksiyalara qoşulub-qoşulmayacağına aydınlıq gətirib
- Hulusi Akar NATO müdafiə nazirlərini Cənubi Qafqazdakı vəziyyətlə bağlı məlumatlandırıb
- Hulusi Akar Azərbaycana satılan silahlardan danışıb
- Hulusi Akar Yunanıstana xəbərdarlıq edib
- Hulusi Akarla Sergey Şoyqu arasında telefon danışğı olub
- Hulusi Akar azərbaycanlı şəhiddən danışarkən kövrəldi - VİDEO
- Hulusi Akar Azərbaycan sülhməramlılarına təşəkkür edib
- Hulusi Akar Türkiyə hərbçilərinin Əfqanıstandan təxliyəsi barədə açıqlama verib
- Hulusi Kılıç İlham Əliyevin “CNN Türk”ə müsahibəsini dəyərləndirdi
- Hulusi Akar Türkiyə-İran sərhədinə gedib