İsraildə Azərbaycana dəstək aksiyası keçiriləcək
16:35 01 Avqust 2020
Avqustun 9-da İsrailin Tel-Əviv Yafo şəhərində Azərbaycana və Azərbaycan əsgərinə dəstək məqsədilə yürüş-mitinq keçiriləcək.
Diasporla İş üzrə Dövlət Komitəsindən Femida.az -a bildirilib ki, "İsraildəki Azərbaycan Evi"nin rəhbəri Nexemya Şirin Mixaelinin təşkilatçılığı ilə baş tutacaq aksiya şəhərdəki erməni mərkəzi və erməni kilsəsinin qarşısında gerçəkləşdiriləcək.
Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin İsraildəki nümayəndəliyinin rəhbəri, "The Jerusalem Post" qəzetinin siyasi şərhçisi Arye Qut deyib ki, Azərbaycan diasporu ilk dəfə İsraildə irimiqyaslı həmrəylik aksiyası keçirməyə hazırlaşır. Azərbaycan və İsrailin dövlət bayraqlarının dalğalanacağı, "Qarabağ Azərbaycandır!", "Qarabağ bizimdir, Bizim olacaq!" şüarlarının səsləndiriləcəyi icazəli aksiya zamanı ictimai asayişin qorunmasına İsrail polisi nəzarət edəcək.
O, bildirib ki, bu aksiya Azərbaycan-İsrail münasibətlərinin yüksək səviyyədə olduğunu göstərir. "Ermənistan və ona havadarlıq edən dövlətlər bu aksiyanın keçirilməsini istəməsələr də, bu tarixi hadisə baş verəcək. İsraildəki Azərbaycan diasporunun səfərbər edilməsi baxımından tarixi bir gün yaşayacağıq", - deyə həmvətənimiz vurğulayıb.
A.Qut İsraildə yaşayan Azərbaycan əsilli yəhudilərə müraciət edərək, onları aksiyada fəal iştirak etməyə çağırıb.
Femida.az
Oxunub: 1404
Oxşar xəbərlər
- Azərbaycan İsraillə hava əlaqələri haqqında saziş imzalayıb
- Prezident İlham Əliyev İsrailin sabiq Baş nazirini qəbul edib
- İsrail Dəməşqdən cənubda yerləşən hədəflərə raket zərbəsi endirib
- Ukrayna İsraildən “Dəmir günbəz” almaq istəyir
- Putin Lavrovun sözlərinə görə İsrailə üzrxahlıq edib
- İsrail Ukraynaya hərbi yardımı genişləndirməyi nəzərdən keçirir
- Azərbaycan XİN İsraili təbrik edib
- Prezident İlham Əliyev israilli həmkarını təbrik edib
- İsrail bu ölkəni vurdu
- İsrail raket atəşinə məruz qalıb